Sultan STS
Media
Otellər
Sultan STS

“Sultan STS” şirkəti 2016-cı ildə fəaliyyətə başlamışdır və hal-hazırda üç istiqamətdə - “Servis”, “Travel” və “Study” sahələrində öz fəaliyyətini göstərməkdədir.

Servis - Şirkətimiz bir çox sahələrdə öz xidmətlərini təklif edir: Diplomatik nümayəndəliklər və xarici şirkətlər üçün milli və əlamətdar günlərin, göruşlərin, ziyafətlərin, təqdimatların, təşkili bu xidmətlərə daxildir.
Travel – Azərbaycanda Turizm sektorunun inkişafını nəzərə alaraq bu sahədə öz xidmətlərini təklif edir. Gələn qonaqlar üçün Azərbaycanın müxtəlif istiqamətlərinə VİP və ya qrup şəklində (paketlər) səyahət paketləri təqdim edirik.
Study - Şirkətimizin nəzdində peşəkar bələdçi məktəbi öz fəaliyyətini göstərir .Burada yüksək səviyyəli və təcrübəli yerli və əcnabi müəllimlər tərəfindən ərəb, rus və inglis dillərində peşəkar bələdçilər hazırlanır. Bu bölmədə başqa müxtəlif dillər üzrə hazırlıq kurslarımız da mövcuddu .Bundan başqa bölmənin nəzdində Azərbaycanda ərəb dili üzrə ilk Danışıq dili klubu fəaliyyət göstərir. Dərslər ərəb əsilli məllimlər tərəfindən interaktiv metodlarla aparılır. Hazırlıq kurslarımızın fəaliyyət istiqamətlərindən biri də ərəb əsilli şəxslərə Azərbaycan və rus dillərini tədris etməkdir.

Bizim əsas hədəfimiz Azərbaycanda turizmin inkişafına xidmət göstərmək ,Azərbaycanın mədəniyyətini tarixini , adət-ənənələrinin və təbiətin təbliğ və təmsil edən peşəkar tərcüməçilər və bələdçilər yetişdirmək və müxtəlif sahələrdə xidmətlərimizdən məmnun qalmağınız təmin etməkdir .
Media
X
Elnur Ağayev - Əziz Ölkəm (حلو يا بلدي) (Canlı performans)
Ərəbşünas tələbələrin Ərəb xalq nağılı nümayişi
Elnur Ağayev - Şuşanın Dağları (Canlı performans)